Hər qol üçün  20 milyon:   "Mançester Yunayted”in ən uğursuz hücumçularının adı AÇIQLANDI
22 avqust 2025 10:08 (UTC +04:00)

Hər qol üçün 20 milyon: "Mançester Yunayted”in ən uğursuz hücumçularının adı AÇIQLANDI

"Mançester Yunayted" bir mövsümdə 20-dən çox qol vuran sonuncu hücumçu olan Robin van Persini əvəzləmək üçün sərvət xərcləyib. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Ruben Amorim bu yay Brian Mbemo, Mateus Kunya və Benamin Şeşko kimi oyunçulara 207,5 milyon funt-sterlinq xərcləməyi nəzərdə tutub. Klubun əvvəlki hücumçularının uğursuzluqlarından sonra bu üçlük irəliləyiş əldə etmək üçün çox səy göstərməlidir.

Gəlin görək, “Mançester Yunayted”in hansı hücumameyilli oyunçusu ən uğursuz alınıb. Cədvəldə qolların sayı, transfer dəyəri və hər bir qolun orta dəyəri göstərilir:

Anxel Di Mariya 2014-cü ildə “Real”dan 60 milyon funta super ulduz kimi gəlib. Argentinalı PSJ-yə satılana qədər Mançesterdə cəmi bir mövsüm keçirib.

O, "Lester Siti" ilə görüşdə qol vuraraq mövsümə əla başlayıb. Lakin o, Premyer Liqada cəmi iki qol vura bilib, hər biri kluba 20 milyon funt-sterlinqə başa gəlib.

“Ayaks”ın keçmiş oyunçusu Anthoni, Erik ten Hag ilə yenidən bir araya gəldikdə kluba 85 milyon funt sterlinqə başa gəlib, lakin gözləntiləri doğrulda bilməyib və Premyer Liqada cəmi beş qol vurub.

Hər qol “Mançester Yunayted”ə 17 milyon funt-sterlinqə başa gəlib və klub indi transfer pəncərəsi bitməmiş oyunçunu satmaq üçün çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar