Həbsdəki xalası oğluna  tərlikdə narkotik   gətirdi
02 oktyabr 2023 17:47 (UTC +04:00)

Həbsdəki xalası oğluna tərlikdə narkotik gətirdi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, həbs edilmiş şəxs Ceyhun Sarvan oğlu Behbudova xalası oğlu Novruz Xanbaba oğlu Babayevin gətirdiyi sovqatda olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 1,048 qram heroin və ümumi çəkisi 0,674 qram marixuana və ümumi çəkisi 0,929 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

# 1422
avatar

Fidan İlqar

Oxşar yazılar