Həbsxanaya keçirilən narkotik
18 oktyabr 2021 10:49 (UTC +04:00)

Həbsxanaya keçirilən narkotik

Həbsxanaya göndərilən toyuğun içindən narkotik çıxdı

Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Səyavuş Elşad oğlu İbrahimova tanışı Ucar şəhər sakini Elşən Tapdıq oğlu Musayevin göndərdiyi sovqata baxış keçirilib.

Bu zaman bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,836 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,763 qram olan psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1506
avatar

Mehman Nəbiyev

Oxşar yazılar