Həbsxanaya narkotik göndərən tutuldu - FOTO
05 avqust 2021 13:38 (UTC +04:00)

Həbsxanaya narkotik göndərən tutuldu - FOTO

Cəzaçəkmə müəssisəsinə heroin göndərən şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, 15 il müddətinə azadlıqdan məhrum edilmiş Kamran Rüstəmova göndərilən sovqatda heroin aşkar edilməsi barədə Şəki Penitensiar Müəssisəsindən Polis Şöbəsinə məlumat daxil olub. Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəni göndərən şəxsin ifşa edilməsi və mənbənin müəyyən olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Rövşən Quliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin Kamran Rüstəmovu cəzaçəkmə müəssisəsindən tanıdığı məlum olub.

Faktla bağlı Şəki şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Quliyev barəsində həbs-qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1801

Oxşar yazılar

Bakıda məktəbli qız YOXA ÇIXDI

Bakıda məktəbli qız YOXA ÇIXDI

2 may 2025 , 15:37
Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

Məzahir Pənahovun oğlu arvadına işgəncə verdi - ŞOK FOTOLAR

2 may 2025 , 14:55
Sumqayıtda külək ağacı maşının üstünə aşırdı, sürücü öldü

Sumqayıtda külək ağacı maşının üstünə aşırdı, sürücü öldü

2 may 2025 , 14:25
Azərbaycana gətirdikləri dron  əllərindən alındı

Azərbaycana gətirdikləri dron əllərindən alındı

2 may 2025 , 13:59
500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28
Bakıda FACİƏ:  gənc qız hamamda BOĞULDU

Bakıda FACİƏ: gənc qız hamamda BOĞULDU

2 may 2025 , 11:46