Rusiyanın Krasnoyarsk diyarındakı "Royev Ruçey" zooparkının keçmiş direktoru Andrey Qorbanın meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, meyit Yenisey çayının Divnoqorsk şəhərindən keçən hissəsində şəxsi dok yaxınlığında aşkarlanıb. İlkin məlumata görə, o, Yenisey çayında qayıqla gəzirmiş.
Meyitə baxış zamanı gözəgörünən xəsarət aşkar edilməyib.
Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırmaqda davam edir.
59 yaşı olan Qorban 2013-2023-cü illərdə “Royev Ruçey” zooparkına rəhbərlik edib.