İki il öncə itkin düşən şəxs qətlə yetirilibmiş
24 dekabr 2025 22:46 (UTC +04:00)

İki il öncə itkin düşən şəxs qətlə yetirilibmiş

2

Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib.

Lent.az xəbər verir ki, Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.

Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 320

Oxşar yazılar