"İmamzadə" məscidində qətl törədənə AĞIR CƏZA
05 mart 2026 10:45 (UTC +04:00)

"İmamzadə" məscidində qətl törədənə AĞIR CƏZA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakının  Bülbülə qəsəbəsində məsciddə yatan şəxsi qətlə yetirməkdə təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi Elvin Məmmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq  ki, hadisə 2025-ci ilin 26 iyul tarixində  səhər saat 5 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən "İmamzadə" məscidində baş verib. 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Nadir Səfərovun, 1996-ci il təvəllüdlü Elvin Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi açılıb, Elvin Məmmədov Cinayət Məcəlləsinin 120.2.2 ( xuliqanlıq niyyəti ilə adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar