Dələduzluqda təqsirləndirilən  Azərbaycan vətəndaşı Polşada saxlanıldı
16 mart 2026 16:47 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən Azərbaycan vətəndaşı Polşada saxlanıldı

0

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının yeri Polşada müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində axtarışda olan Rüfət Abbasov İnterpol kanalları vasitəsilə saxlanılıb.

DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 600

Oxşar yazılar