Hər gün yediyiniz makaronun orqanizmə təsiri  sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
16 mart 2026 15:15 (UTC +04:00)

Hər gün yediyiniz makaronun orqanizmə təsiri sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

0

Makaron artıq uzun müddətdir ki, dünyada ən populyar qida məhsullarından biri hesab olunur. Makaronu sürətli enerji mənbəyi adlandırmaq olar. Onun tərkibində karbohidratlar var və bu maddələr xüsusilə ağır iş günündən və ya ciddi fiziki fəaliyyətdən sonra gücün bərpa olunmasına kömək edir. Lakin məsələnin başqa tərəfi də var: əgər siz müntəzəm olaraq yağlı souslarla birlikdə ağ makaron yeyirsinizsə, çox tez artıq çəki toplaya bilərsiniz. Çünki belə qidalanma balanslı hesab olunmur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, gündəlik menyuda makaronun həddindən artıq olması çox vaxt mühüm qida maddələrinin çatışmazlığı ilə müşayiət olunur. Xüsusilə kalsium, C və D vitaminlərinin azlığı müşahidə edilə bilər. Belə qidalanma əlavə olaraq metabolik sindromun yaranma riskini artırır və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Daha faydalı alternativ kimi tam taxıllı makaronlar hesab olunur. Onların tərkibində daha çox lif var. Bundan əlavə, onlar toxluq hissini daha uzun müddət saxlamağa kömək edir və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.

Qidalanma üzrə mütəxəssislər böyüklərə bir yemək zamanı təxminən 120 qram çiy makaron normasını aşmamağı tövsiyə edirlər. Həmçinin makaronu ağır qaymaqlı souslarla deyil, tərəvəzlər və yüngül əlavələrlə birlikdə istifadə etmək məsləhətdir.

Əgər sizdə diabet və ya qlütenə qarşı həssaslıq varsa, adi makaronların tərəvəz əsaslı alternativlərinə diqqət yetirmək daha yaxşıdır. Məsələn, düyü, paxlalılar və ya kinoadan hazırlanan makaronlar yaxşı seçim ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar