Dünyaca məşhur müğənninin çəkiliş zamanı paltarı yandı  - VİDEO
16 mart 2026 12:05 (UTC +04:00)

Dünyaca məşhur müğənninin çəkiliş zamanı paltarı yandı - VİDEO

0

Dünyaca məşhur müğənni Keti Perrinin yeni klip çəkilişləri zamanı qorxu dolu anlar yaşanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, klipdə istifadə edilən alovların nəzarətdən çıxması nəticəsində ulduzun geyimi bir anda alışmağa başlayıb. Hadisə zamanı çətin anlar yaşayan ifaçının köməyinə dərhal çəkiliş heyəti çatıb. Komanda üzvləri yanğınsöndürən balonlarla müdaxilə edərək alovun qarşısını alıb və müğənnini mümkün faciədən xilas ediblər.

Təhlükəsizlik tədbirlərinin gücləndirildiyi setdə baş verən həmin qəza anları saniyə-saniyə lentə alınıb. Pərəstişkarlarını narahat edən bu hadisə ilə bağlı ifaçı tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar