İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində  TUTULDU
24 may 2025 10:35 (UTC +04:00)

İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU

Monteneqronun sərhəd polisi əməkdaşları Rusiyanın sorğusu əsasında İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşını Podqoritsa Beynəlxalq Hava Limanında saxlayıb.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Polis Departamentinə istinadən RTCG milli televiziyası məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan vətəndaşı, 35 yaşlı G. T. barəsində İnterpolun Moskva üzrə Milli Mərkəzi Bürosu Stavropol diyarının Pyatiqorsk şəhər məhkəməsində ona qarşı aparılan cinayət işində iştirakını təmin etmək üçün beynəlxalq order verib.

O, külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinir, buna görə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Monteneqro tərəfinin bildirdiyinə görə, qanunla nəzərdə tutulmuş müddət ərzində saxlanılan şəxs ekstradisiya həbsi barədə qərar qəbul etmək üçün Podqoritsa Ali Məhkəməsinin müstəntiq hakiminə gətiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar