Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başa çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə saxlanılan 8 nəfərdən sonuncusu barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Beləliklə bu gün saxlanılan 8 nəfərdən hamısı haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***
21:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə iki nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.
***
21:08
Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır.