İranla sərhəddə birgə əməliyyat:  42 kilo narkotikin Azərbaycana keçirilməsinin  qarşısı alındı
07 iyul 2025 18:55 (UTC +04:00)

İranla sərhəddə birgə əməliyyat: 42 kilo narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməliyyat keçirib, 42 kiloqram narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.

Lent.az xəbər verir ki, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməliyyat-axtarış tədbirləri keçirib.

Əməliyyat zamanı Azərbaycan İran ilə sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kiloqram 125 qram qurudulmuş marixuana, 5 kiloqram 015 qram tiryək, 2 kiloqram 090 qram heroin, 1 kiloqram 440 qram metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar