İsmayıllıda evdən meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb.
Kənd sakini 91 yaşlı Yunis Əli oğlu Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır.