İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az xəbər verir ki, Topçu kəndi ərazisində “VAZ-2107” markalı avtomobil yolun təmir hissəsində dayanan ağır tonajlı texnikaya çırpılıb.
Nəticədə “VAZ”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.