Kanalda batan gəncin meyiti 20 km aralıda TAPILDI
27 aprel 2022 11:02 (UTC +04:00)

Kanalda batan gəncin meyiti 20 km aralıda TAPILDI

Yevlaxda qəza edərək Yuxarı Qabağa Kanalına düşən 23 yaşlı oğlanın axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarış işləri başlanılmışdı. 23 yaşlı İsmayılzadə Sərxan Rizvan oğlunun meyiti kanalın Yevlax şəhəri, Malbinəsi kəndi ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 20 km aralıda tapılıb.

Qeyd edək ki, aprelin 16-da Yuxarı Qarabağ su kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində avtoqəza olub. S. İsmayılzadə idarəetməni itirərək, Yuxarı Qarabağ Kanalına düşüb.

# 2208
avatar

Mehman Nəbiyev

Oxşar yazılar