Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının bu günə olan mövzusu karantin postlarında aşkarlanan qanunsuzluqlarla bağlıdır.
Məlum olduğu kimi, ölkədə tətbiq olunan karantin rejimi çərçivəsində vətəndaşların SMS icazə ilə hərəkət etdiyi bir dövrdə gün ərzində minlərlə avtomobil nəzarət postlarından keçir. Bəs görək, həmin yoxlamalar zamanı sürücülərin yol verdiyi daha hansı pozuntular aşkarlanıb?
Rubrikamızın sualına Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev cavab verib. O bildirib ki, hansısa pozuntu aşkarlandığı təqdirdə həmin sürücü barədə ayrıca protokol tərtib edilir:
"Ölkə ərazisində qurulan karantin postlarında ilk növbədə vətəndaşların SMS icazə alıb hərəkət etmələri yoxlanılır. Sürücülərdən digər sənədlər tələb olunmadığı üçün sənədlərin qaydasında olub-olmaması yoxlanılmır. Ancaq yoxlamalar zamanı az da olsa sərxoş halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir. Belə olan halda isə həmin şəxslərə qarşı müvafiq qaydada tədbir görülür".

Karantin postlarında başqa hansı qanunsuzluqlar aşkarlanıb? - RƏSMİ
Oxşar yazılar

Tərtərdə 3 nəfər kanalda batdı
3 avqust 2025 , 17:45
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16
İstirahət zonalarında oğurluğa görə saxlanılanlar var
3 avqust 2025 , 15:44
Sumqayıtda çoxmərtəbəli binada yanğın- Xəsarət alan var-VİDEO
3 avqust 2025 , 15:21
Şəmkirdə 52 yaşlı qadını ilan sancdı
3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30