Karantində işləyən çayxanalar aşkarlandı -  FOTO
06 yanvar 2021 18:11 (UTC +04:00)

Karantində işləyən çayxanalar aşkarlandı - FOTO

Goranboyda karantin rejimini pozan çayxanalar aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhər ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. Obyekt sahibi Əli Əşrəfov və müştərilər Tapdıq Zeynalov, Azər İsmayılov, Ramin Xıdırov, Cabir Verdiyev, Faiq İsgəndərov və Ceyhun Kərimov saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Davam etdirilən tədbirlər zamanı rayonun Şəfəq kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal çayxana sahibləri, Qarqucaq kənd sakinləri Vahid Paşayev və Əsəd Səfiyevlə birlikdə orada olan müştəriləri rayon Polis Şöbəsinə gətirib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

# 1161
avatar

Mehman Nəbiyev

Oxşar yazılar