Katexdə DƏHŞƏTLİ QƏZA:  3 nəfər öldü - YENİLƏNİB
10 avqust 2026 10:05 (UTC +04:00)

Katexdə DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - YENİLƏNİB

1

Balakəndə baş verən qəzada ölənlərin adları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində "Hyundai"ın sürücüsü Hoorsova Məryəm Kamil qızı və "Toyota" markalı avtomobildə olan Mütəllibov Rəşad Yaşar oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər. 

Digər ölənin kimliyi araşdırılır. 

Qəzada ölən Məryəm Hoorsova bank işçisi imiş.

***

saat 09:56

Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Katex kəndində qeydə alınıb.

Belə ki, “Hyundai”, “KİA” və “Toyota markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2164

Oxşar yazılar