Kuril adalarında zəlzələ  baş verdi
10 avqust 2026 07:36 (UTC +04:00)

Kuril adalarında zəlzələ baş verdi

0

Kuril adalarında, Severo-Kurilsk şəhəri yaxınlığında 4,1 maqnitudalı zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyası məlumat yayıb.

Məlumata görə, yeraltı təkan saat 07:19-da qeydə alınıb. Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 76 kilometr cənub-şərqdə, 41 kilometr dərinlikdə yerləşib.

Seysmoloqların məlumatına əsasən, təkanların gücü Severo-Kurilskdə 2-3 bala qədər hiss oluna bilərdi.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb, dağıntı qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar