Balakəndə baş verən yol qəzasında bir ailənin 2 üzvü və daha bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Lent.az-ın məlumatına görə, "Toyota" markalı avtomobilin sürücüsü Rəşad Mütəllibov, onun anası - 52 yaşlı Pərvanə Məmmədova və "Hyundai"nin sürücüsü Məryəm Hoorsova hadisə yerində ölüb.
Qəzada xəsarət alan iki nəfərin isə "Toyota"da olan sərnişin 51 yaşlı Yaşar Mütəllibov və "Hyundai"da olan sərnişin 61 yaşlı Şərif Soltanov olduğu bildirilir.
Qeyd edək ki, "Toyota" markalı avtomobildə olan şəxslər hamısı bir ailənin üzvləri olub.
***
11:10
Balakəndə baş verən qəzada ölən digər şəxsin də adı məlum olub.
Lent.az xəbər verir ki, o, 52 yaşlı Pərvanə Məmmədovadır.
Qəza nəticəsində daha 2 nəfər - Yaşar Mütəllibov və Şərif Soltanov xəsarət alıb.
***
saat 10:05
Balakəndə baş verən qəzada ölənlərin adları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində "Hyundai"ın sürücüsü Hoorsova Məryəm Kamil qızı və "Toyota" markalı avtomobildə olan Mütəllibov Rəşad Yaşar oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Digər ölənin kimliyi araşdırılır.
Qəzada ölən Məryəm Hoorsova bank işçisi imiş.
***
saat 09:56
Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Katex kəndində qeydə alınıb.
Belə ki, “Hyundai”, “KİA” və “Toyota markalı avtomobillər toqquşub.
Qəza nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.