Keçmiş məmur ad günündə diri-diri yandı
09 oktyabr 2025 16:30 (UTC +04:00)

Keçmiş məmur ad günündə diri-diri yandı

0

Rusiyanın Moskva vilayətində sabiq məmur öz avtokarvanında (təkərli evdə) diri-diri yanaraq həlak olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saat 2 radələrində Sergiyev Posad şəhərində, Meşçeryakov adına Ailə Mərkəzinin dayanacağında, Poqranichnaya küçəsində baş verib. Ehtimal olunur ki, qaz balonları partlayıb.

Hadisə yerinə FHN (MÇS) əməkdaşları cəlb olunub və alov söndürülüb. Yanmış treylerlərdən birində kişinin meyiti aşkarlanıb.

Məlum olub ki, həlak olan şəxs “Xüsusi Hərbi Əməliyyat”ın (XHE) veteranı olub, humanitar yardım daşıyırmış. O, həmçinin əvvəllər Smolensk vilayətinin Gənclər və Vətənpərvərlik Tərbiyəsi Baş İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Hadisədən bir gün əvvəl kişi Meşçeryakov mərkəzinə humanitar yüklə çatdırmışdı. O, gecəni öz avtokarvanında (təkərli evində) alıb. Səhər evə qayıtmağı planlaşdırsa da, gecə faciə baş verib.

Qeyd olunur ki, bu gün onun 56 yaşı tamam olacaqdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar