Müğənni marixuanadan  imtina etdiyini açıqladı
23 iyul 2026 12:58 (UTC +04:00)

Müğənni marixuanadan imtina etdiyini açıqladı

0

Hollivud aktrisası Şeron Stoun 2001-ci ildə keçirdiyi insultdan sonra yaşadığı çətinliklər və sağalma prosesi ilə bağlı səmimi etiraflar edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa ötən ilin sentyabrında insultdan sonra uzun illər istifadə etdiyi dərmanlardan birini qəbul etməyi dayandırmaq qərarına gəldiyini deyib.

Şeron Stounun sözlərinə görə, həkimlər onu bu addımdan çəkindirməyə çalışıblar.

"Onlar mənə dedilər ki, bunu dayandıra bilməzsən, heç vaxt dayandıra bilməyəcəksən. Mən isə qərarımı vermişdim. Bu, çox ağır keçdi. Dörd ay yarım ərzində özümü çox pis hiss etdim, güclü ürəkbulanma yaşayırdım. Sadəcə həyatımı geri qaytarmaq istəyirdim", – deyə aktrisa bildirib.

Stoun daha sonra həyat tərzində başqa dəyişikliklər də edib. O, marixuana istifadəsindən də tamamilə imtina etdiyini və bunun da təxminən bir ay ərzində orqanizmində narahatlıqlara səbəb olduğunu söyləyib.

Aktrisa qeyd edib ki, nevroloqu marixuananın sağlamlığı üçün ciddi risklər yarada biləcəyi barədə onu əvvəlcədən xəbərdar edib. Bu səbəbdən həmin vərdişdən də birdəfəlik uzaqlaşmağa qərar verib.

Bütün çətinliklərə baxmayaraq, Şeron Stoun yaradıcılıq fəaliyyətini davam etdirir. Pandemiya dövründə evində rəsm studiyası yaradan aktrisanın əsərləri hazırda dünyanın müxtəlif qalereyalarında nümayiş etdirilir və satışa çıxarılır. O, həmçinin 33 ildən sonra yenidən podiuma qayıdaraq Parisdə keçirilən Vetements modasında final modeli kimi çıxış edib. Şeron Stoun son illərdə "Euphoria", "Nobody 2" və digər layihələrdə rol alıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar