Satıcının başı qarışan kimi, min manatlıq mal apardı - TUTULUB
23 iyul 2026 18:10 (UTC +04:00)

Satıcının başı qarışan kimi, min manatlıq mal apardı - TUTULUB

0

Mağazadan oğurluq edən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, paytaxtın Səbail rayonunda yerləşən mağazaların birindən oğurluq edilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı H.Baloğlanov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla şübhəli şəxsin müştəri qismində daxil olduğu mağazadan satıcının başının qarışıq olmasından istifadə edərək obyektə 1000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar