Türkiyəli rejissor Ezel Akay və qardaşı, musiqiçi Eren Kazım Akay Bursanın İnegöl rayonunda keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılıblar.
Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursanın Narkotiklə Mübarizə Şöbəsi Ezel Akayın yaşadığı evdə çətənə yetişdirilməsi ilə bağlı daxil olan məlumat əsasında əməliyyat keçirib.
Baş Prokurorluğun koordinasiyası ilə həyata keçirilən axtarış zamanı evdə xüsusi qurğu vasitəsilə yetişdirildiyi ehtimal olunan çətənə bitkisi və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Ezel Akay və qardaşı ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.
Hazırda faktla bağlı araşdırma davam edir.