Əvəz Quliyev
09 sentyabr 2021 11:15 (UTC +04:00)

Əvəz Quliyev

Koronavirus xəstəsi mərkəzi bazarda tutuldu

Beyləqanda müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə,  Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayon sakini Əvəz Quliyevin koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub.

Ə.Quliyevin mərkəzi bazar ərazisində olduğu müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

# 1197
avatar

Mehman Nəbiyev

Oxşar yazılar