Rusiyanın Sankt-Peterburq şəhərində uşaq pəncərədən yıxılaraq ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Voskresenskaya sahilindəki evdə baş verib. Məlumata görə, ana bir yaş yarımlıq uşağını nəzarətsiz qoyaraq başqa otağa keçib. Bu vaxt körpə stula çıxaraq, pəncərəyə qalxıb. Orada o, pəncərəni aça bilib və yıxılıb.
Hadisə yerinə gələn həkimlər kəllə-beyin travması, ağır kəllə-beyin əzilməsi və çoxsaylı sınıqlarla zərərçəkmişi xəstəxanaya yerləşdiriblər. Lakin azyaşlını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra regional İstintaq Komitəsi cinayət işi açıb.