Məhkəmə ata, ana və iki azyaşlının ölümünə səbəb olan şəxslərə  hökm oxudu
26 iyun 2026 21:40 (UTC +04:00)

Məhkəmə ata, ana və iki azyaşlının ölümünə səbəb olan şəxslərə hökm oxudu

0

İstanbulun Fatih bölgəsində qaldıqları oteldə zəhərlənərək həyatını itirən Böcek ailəsinin işi üzrə məhkəmə qərarı elan edilib.

Lent.az xəbər verir ki, məhkəmə dərmanlama şirkətinin sahibi Zeki Kışı və oğlu Serkan Kışının hər birini 18 il, dərmanlamanı həyata keçirən Doğan Cağferoğlunu 12 il 2 ay 20 gün, otelin sahibi Hakan Oğlağı isə 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. Digər iki təqsirləndirilən şəxsə isə bəraət verilib.

İstintaq müəyyən edib ki, Almaniyadan turist kimi İstanbula gələn ailə qaldıqları oteldə istifadə olunan pestisidin yaratdığı fosfin qazından zəhərlənərək ölüb.

Məhkəmə təqsirləndirilən şəxsləri "ehtiyatsızlıqdan bir neçə nəfərin ölümünə səbəb olma" maddəsi ilə təqsirli bilib. Ailənin vəkili isə hökmün yüngül olduğunu bildirərək qərardan apellyasiya şikayəti veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Almaniyadan Türkiyəyə gələn ailə 13 noyabr 2025-ci ildə İstanbulun Fatih bölgəsində qaldıqları oteldə zəhərlənib. Ana Çiğdem Böcek və onun uşaqları 6 yaşl Kadir Muhammet və 3 yaşlı Masal  hadisə yerində zəhərlənmə nəticəsində ölüb. Xəstəxanaya çatdırılaraq müalicə alan ata Servet Böceki isə 17 noyabr 2025-ci ildə dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar