Lent.az yazdı,  polis o binada əməliyyat keçirdi
09 oktyabr 2025 12:41 (UTC +04:00)

Lent.az yazdı, polis o binada əməliyyat keçirdi

0

Lent.az Bakıda sakinlərə istinadən 126 yaşlı binanın narkomanların yuvasına çevirilməsi barədə yazı dərc etmişdi. 

Daxili İşlər Nazirliyi sözügedən yazıya münasibət bildirib. 

Qurumun Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov saytımıza açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı ölkəboyu mübarizə tədbirləri fasiləsiz olaraq aparılır:

"Həmin ərazidə dəfələrlə polis əməkdaşları tərəfindən əməliyyat və profilaktik tədbirlər həyata keçirilib. Narkotik vasitə aludəçiləri barəsində müvafiq tədbirlər görülüb. Sonuncu dəfə isə həmin ərazidə keçirilən tədbirlərlə orada narkotik maddə istifadəçilərinin, həmçinin, tüfeyli həyat tərzi keçirən şəxslərin toplaşması ilə bağlı səsləndirilən fikirlər öz təsdiqini tapmayıb. Buna baxmayaraq ərazi hazırda polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2096

Oxşar yazılar