Moskva vilayətində 10-cu sinif şagirdi sentyabrın 1-i ərəfəsində təhsil almaq istəmədiyi üçün intihar edib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, 14 yaşlı qızın meyiti saat 21 radələrində Naro-Fominsk şəhərinin Voykov küçəsindəki çoxmərtəbəli binanın üzərində tapılıb. Məktəbli qız intihar etməzdən əvvəl qeyd də yazıb. Həmin qeyddə qız məktəbdə oxumaq istəməməsi səbəbindən özünü öldürdüyünü yazıb.
Qızın atasının sahibkar, anasının dövlət strukturunda işlədiyi bildirilir.
Araşdırma aparılır.