"Barselona" məhsuldar hücumçunu  alır
10 may 2025 12:07 (UTC +04:00)

"Barselona" məhsuldar hücumçunu alır

"Barselona" "Monako"nun 23 yaşlı hücumçusu Maqnes Akliuşla maraqlanır.

Lent.az xəbər verir ki, fransalı futbolçu "mavi-qranatlar"da oynamaq arzusundadır. Lamin Yamal komandanın hücumunun sağ cinahında çıxış etdiyi üçün Kataloniya klubu Maqnesin pulunu ödəməyə hazır deyil. Fransız "Barselona"ya keçərsə, 17 yaşlı hücumçu ilə yarışmalı olacaq.

Bu mövsüm Akliuş bütün yarışlarda 41 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar