MİDA-dan ipoteka ilə ev  almaq istəyirdi, başına OYUN GƏLDİ
26 aprel 2025 17:05 (UTC +04:00)

MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ

Sumqayıtda dələduzluq edən şəxsə  cinayət işi açılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli şərtlərlə sosial evlər layihəsindən ipoteka ilə ev almaq istəyən şəhər sakini E. Süleymanov dələduzluqla üzləşib.

Belə ki, Sumqayıt şəhər sakini O. Abasov E. Süleymanova MİDA-nın həyata keçirdiyi layihə çərçivəsində inşa olunan binalardan birində 4 otaqlı evi ipoteka ilə almağa kömək edəcəyini söz verib. Bu məqsədlə ondan ümumilikdə 7460 manat pul alıb. Həmin pullar O. Abasova müxtəlif məbləğlərlə ayrı-ayrı yerlərdə verilib. Hadisələr isə 2023-cü ilin aprelindən noyabradək davam edib.

Lakin sonda aldadıldığını başa düşən Süleymanov hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə O. Abasov saxlanılaraq, məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb və Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırmaları davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2264

Oxşar yazılar

Azərbaycana gətirdikləri dron  əllərindən alındı

Azərbaycana gətirdikləri dron əllərindən alındı

2 may 2025 , 13:59
500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28
Bakıda FACİƏ:  gənc qız hamamda BOĞULDU

Bakıda FACİƏ: gənc qız hamamda BOĞULDU

2 may 2025 , 11:46
Azərbaycanlı biznesmen 600 milyon dolları  necə ələ keçirib? - TƏFƏRRÜATLAR

Azərbaycanlı biznesmen 600 milyon dolları necə ələ keçirib? - TƏFƏRRÜATLAR

2 may 2025 , 10:36
"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI

"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI

2 may 2025 , 10:22
Sumqayıtda şagird vəfat etdi

Sumqayıtda şagird vəfat etdi

2 may 2025 , 10:19