Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yolda texniki nasaz avtomobil qalıb.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Məlumata əsasən, bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.
Hazıra NİİM əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.