7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 10:42 (UTC +04:00)

7 ildən sonra Bundesliqaya qayıtdı

“Hamburq” yeddi ildən sonra Almaniya futbolunun yüksək divizionuna qayıdaraq növbəti mövsüm üçün Bundesliqada iştirakını vaxtından əvvəl təmin edib.

Lent.az-ın xarici mediaya istnadla xəbərinə görə, ikinci Bundesliqanın sondan əvvəlki oyununda autsayder “Ulm” üzərində 6:1 hesablı qələbə qazanaraq ilk ikiliyə və birbaşa yüksəlməyə zəmanət alıb.

Sona bir tur qalmış “Hamburq” 59 xalla “Köln”dən bir xal, “Elfersberq”i isə 4 xal qabaqlayaraq çempionata başçılıq edir.

“Krasnoştanniki” 1963-cü ildə yarandığı gündən bəri davamlı olaraq Bundesliqada oynayıb və ilk dəfə 2017/18 mövsümündə aşağı liqaya düşüb. “Hamburq” altı titul və üç Almaniya kuboku qazanıb. Klub həm də Avropa Çempionlar Kubokunun və Kuboklar Kubokunun qalibidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar