Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi  məlum oldu
12 may 2025 12:19 (UTC +04:00)

Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu

Vatikanda seçilən yeni Papa XIV Leo “Roma” klubunun azarkeşidir. Yeni Roma Papası 69 yaşlı Robert Fransis Prevostdur.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu Amerika pontifikinin dostu yepiskop Cüzeppe Paqano bildirib.

"Onun çoxlu hobbisi var, idmanı sevir. Stadiona getməyi xoşlayır. O, "Roma"nın böyük azarkeşidir, mən həmişə onunla zarafat edirəm. "Fiorentina" ilə oyundan sonra ona zəng vurub zarafat etdim ki, Ranyerinin qələbəsi Papa Fransiskin ilk möcüzəsidir", - Paqano vurğulayıb. 

XIV Leo tarixdə Roma Katolik Kilsəsinə rəhbərlik edən ilk amerikalı olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar