Naxçıvanda FACİƏ:  ər-arvad dəm qazından boğulub öldü
21 dekabr 2025 16:56 (UTC +04:00)

Naxçıvanda FACİƏ: ər-arvad dəm qazından boğulub öldü

1

Naxçıvanda ər-arvad dəm qazından ölüb.

Lent.az xəbər verir ki, hadisə Babək rayonu, Hacıvar kəndində baş verib.

Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 444

Oxşar yazılar