Naxçıvanda "Hyundai" aşdı, 6 nəfər  yaralandı - FOTO
23 may 2026 11:06 (UTC +04:00)

Naxçıvanda "Hyundai" aşdı, 6 nəfər yaralandı - FOTO

0

Naxçıvanda ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun Babək rayonu Çeşməbasar ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Əlizadə Nail İlham oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlu yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-ün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

Ceyhun Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar