David Alaba “Real”dan gedir
22 may 2026 20:52 (UTC +04:00)

David Alaba “Real”dan gedir

0

Avstriyalı müdafiəçi David Alaba mövsümün sonunda İspaniyanın “Real” klubundan ayrılacaq.

Lent.az xəbər verir ki, klubun mətbuat xidməti futbolçunun müqavilə müddətinin başa çatması səbəbindən komandadan gedəcəyini bildirib.

33 yaşlı futbolçu 2021-ci ilin yayından Madrid təmsilçisində çıxış edirdi. O, “Real”ın heyətində 131 oyunda 5 qol vurub, 9 məhsuldar ötürmə edib.

Alaba klubla birlikdə iki dəfə Çempionlar Liqasını və İspaniya çempionatını, həmçinin ölkə kuboku, Superkubok, UEFA Superkuboku, Klublararası dünya çempionatı və Qitələrarası kuboku qazanıb.

Bundan əvvəl Alaba Almaniyanın “Bavariya” klubunda çıxış edib. O, Münhen təmsilçisinin heyətində 10 dəfə Bundesliqanın qalibi olub, iki dəfə Çempionlar Liqasını qazanıb.

Avstriya millisində isə Alaba 112 oyun keçirib, 15 qol və 22 assistlə yadda qalıb. O, milli komandanın tarixində ən çox oyun keçirən futbolçular arasında ikinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar