Dünyanın ən bahalı  velosipedində niyə təmiz qızıl və kristallardan  istifadə olunub?
22 may 2026 18:55 (UTC +04:00)

Dünyanın ən bahalı velosipedində niyə təmiz qızıl və kristallardan istifadə olunub?

0

24 karatlıq qızıl örtük, 600 qara brilyant və timsah dərisindən hazırlanmış oturacaq. Xeyr, bu, Bruney sultanının taxt zalının təsviri deyil. Bu — velosipeddir. Dünyanın ən bahalı velosipedi, qiyməti isə tam bir idman avtomobili ilə eynidir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, House of Solid Gold şirkəti öz yaradıcılığına “Qızıl velosiped” (The Beverly Hills Edition) adını verib və bu ad hər şeyi izah edir.

Çərçivənin metal hissələri, çəngəl, sükan - hamısı yüksək əyarlı qızıl ilə örtülüb. Su qabı skat dərisi ilə, oturacaq isə tünd şokolad rəngli timsah dərisi ilə üzlənib. Amma bu hələ son deyil. Sükan üzərindəki loqo brilyant və sapfirlərlə bəzədilib.

Ümumilikdə velosipeddə 600 qara brilyant və 500 sapfir istifadə olunub. Qiyməti isə 1 milyon 80 min 60 dollarıdır. Bu məbləği Porsche 918 Spyder və ya McLaren MP4-12C ilə müqayisə etmək olar - qiymət eynidir, amma heç bir sportkar günəşdə bu iki təkərli incəsənət əsəri kimi parlamır.

Hər bir velosipedin hazırlanmasına təxminən 750 insan-saat sərf olunur. Cəmi 13 ədəd istehsal edilib və onların əksəriyyətinin harada olduğu bilinmir. Yalnız bir Aurumania velosipedinin satıldığı deyilir - digərləri isə hələ də alıcı gözləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar