Naxçıvanda işə düzəltmə adı ilə dələduzluq edən tutuldu - VİDEO
06 mart 2024 17:36 (UTC +04:00)

Naxçıvanda işə düzəltmə adı ilə dələduzluq edən tutuldu - VİDEO

Naxçıvanda işə düzəltmək adı ilə dələduzluq edilib.

MR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə Naxçıvan polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan şəhər sakini  Murad Quliyev saxlanılıb.

O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə  pulunu mənimsəyib.

Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036  545-08-03,  545-28-96) əlaqə nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır. Həmin şəxsin törətmiş olduğu digər əməllərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 2901
avatar

Oxşar yazılar