"Real" 37 il sonra  rekordunu yenilədi
15 may 2024 09:46 (UTC +04:00)

"Real" 37 il sonra rekordunu yenilədi

İspaniya La Liqasının 36-cı turunun “Real Madrid” və “Alaves” komandalarının qarşılaşması başa çatıb. Oyun 5:0 hesabı ilə madridlilərin xeyrinə bitib. Beləliklə, bu oyun Madrid üçün cari La Liqada qol buraxılmayan 20-ci oyun olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu nəticə Los Blancos üçün yerli çempionatda mütləq rekorddur. Əvvəlki nailiyyət 19 matç - 1986/1987 mövsümündə müəyyən edilib.

“Alaves”lə görüşdə “Real”ın qapısını bu mövsüm La Liqada keçirdiyi 3 matçın hər birində qapısını təmiz saxlayan Tibo Kurtua qoruyub.

Qeyd edək ki, Madrid klubu La Liqanın qalan iki oyununda – “Vilyarreal” və “Betis”lə oyunda öz rekordunu yeniləmək imkanı əldə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar