Novxanıda hotel  YANDI    -  YENİLƏNİB
29 sentyabr 2022 23:34 (UTC +04:00)

Novxanıda hotel YANDI - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Binəqədi rayonunun Novxanı qəsəbəsində yerləşən “Spring” otelində yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində otel binasına bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, habelə otel binasına keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 25kv.m olan sauna otağının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan hovuz bölməsinin alüminium materialından ibarət tavanı 60kv.m sahədə əriyib. Yanğın zamanı tikilinin 2-ci mərtəbəsində yerləşən banket zalından 50 nəfər vətəndaş FHN əməkdaşları tərəfindən təxliyə olunub.

Ümumi sahəsi 4200kv.m olan 4 mərtəbədən ibarət yardımçı tikilinin böyük hissəsi və otel binası yanğından mühafizə olunub.

***

Saat 21:20

Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğınsöndürənlər ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

Yanğından mühafizə qüvvələrinon operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

***

Saat 20:29

Bakıda hoteldə yanğın olub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

# 6534
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11