Oğurladığı qızılı satıb əylənən cibgir tutuldu
26 avqust 2021 11:12 (UTC +04:00)

Oğurladığı qızılı satıb əylənən cibgir tutuldu

Şəkidə cibgirlik edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəki şəhər Polis Şöbəsinə ahıl kişinin köynəyinin cibindən 800 manat dəyərində qızıl əşyaların və 35 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirliklə məşğul olan şəxsin əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev olduğu müəyyən edilib və şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı E.Ağayevin oğurladığı qızılları satdığı və özünün əyləncəsinə xərclədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1179
avatar

Mehman Nəbiyev

Oxşar yazılar