Ordumuzun Təlim və Tədris Mərkəzinin Tibb Xidmətinin keçmiş rəisinə hökm oxundu
01 dekabr 2025 18:56 (UTC +04:00)

Ordumuzun Təlim və Tədris Mərkəzinin Tibb Xidmətinin keçmiş rəisinə hökm oxundu

0

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar