Özünü Ədliyyə Nazirliyinin  əməkdaşı kimi təqdim edən dələduza HÖKM OXUNDU
03 dekabr 2025 13:00 (UTC +04:00)

Özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən dələduza HÖKM OXUNDU

0

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Abbas Hətəmovun məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Lent.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Abbas Hətəmovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Müdafiə vəkili də çıxışında məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Təqsirləndirilən Abbas Hətəmov son sözündə özünü təqsirli bilmədiyini və bəraətini istəyib.

Müşavirədən sonra məhkəmə A. Hətəmovun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, təqsirləndirilən Abbas Hətəmov 2020-ci ildə də dələduzluğa görə 3 il azadlıqdan məhrum edilib. İttihama görə A.Hətəmov özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan xeyli miqdarda, yəni 21 min manat pul alıb. Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6700 manatlıq xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa 2023-ci ilin dekabr ayında Səxavət Məmmədovun oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb. 

Həmçinin Abbas Hətəmov Gültəkin Rəhimovadan 67, 2 kvadrat metr mənzil üçün 2024-cü il avqustun 13-də 101 min 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar