Özünü yandırdı,  sonra fəvvarədə söndürdü - Şəmkirdə kuryoz hadisə
05 iyun 2025 18:41 (UTC +04:00)

Özünü yandırdı, sonra fəvvarədə söndürdü - Şəmkirdə kuryoz hadisə

İyunun 5-də Şəmkir rayonunda qeyri-adi hadisə baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, qanunsuz küçə ticarəti ilə məşğul olan 44 yaşlı şəxs küçə ticarətinə icra hakimiyyəti tərəfindən icazə verilmədiyi üçün üzərinə yandırıcı maye tökərək özünü yandırmağa cəhd edib. 

Yandığını görən şəxs dərhal yaxınlıqdakı fəvvarənin suyuna girərək alovu söndürüb. 

Yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar