Blink-182 qrupunun zərb ifaçısı Trevis Barker mərhum anası Qloriyanın ölümündən əvvəl ona dediyi son sözlərdən danışıb.
Lent.az xəbər verir ki, bu barədə People məlumat yayıb.
Barker bildirib ki, anası onun musiqi ilə məşğul olmasını həmişə dəstəkləyib və bu istiqamətdə davam etməsini istəyib. Qloriya Barker 1990-cı ildə vəfat edib.
Musiqiçi illər sonra anasının ona verdiyi dəstəyin karyerasında nə qədər böyük rol oynadığını xatırlayıb. O, anasının sözlərinin həyatında bu günə qədər xüsusi yer tutduğunu bildirib.