Polis BDU-nun tələbəsinin öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI  - YENİLƏNİB
02 fevral 2026 14:25 (UTC +04:00)

Polis BDU-nun tələbəsinin öldüyü qəza ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

0

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Siyəzəndə bacı-qardaşın öldüyü yol qəzası barədə məlumat yayıb.

İdarədən Lent.az-a verilən məlumata görə, fevralın 1-də Bakı–Quba–Dağıstan sərhəd yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində S. Mirzəyeva və qardaşı R.Mirzəyev həyatlarını itirib: "Bu hadisə sadəcə, yol qəzası deyil, bir ailənin taleyinə vurulmuş ağır zərbədir. Yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə səbəb olur, qaydalar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın, çünki yol səhvləri bağışlanmır. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir".

***

saat 13:33

BDU-nun tələbəsi qəzada ölüb. 

Lent.az xəbər verir ki, Bakı-Quba yolunda baş verən qəzada Səma Cəmaləddin qızı Mirzəyeva ilə birgə qardaşı, Ramal Mirzəyev də həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır.

***

saat 13:13

Azərbaycanda III kurs tələbəsi ölüb.

Lent.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi 20 yaşlı Səma Cəmaləddin qızı Mirzəyeva vəfat edib.

Onun hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1204

Oxşar yazılar