"Real"ın prezidenti Florentino Peres klubda yenidənqurma işlərinə hazırlaşır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniya nəhənginin rəsmi olaraq bu yay aşağıdakı oyunçuları satmağı planlaşdırdığı bildirilir: Din Heysen, David Alaba, Dani Sebalos, Dani Karvahal, Eduardo Kamavinqa və Vinisius. Bunun əvəzinə Peres Rodri, Vitinyo, Qonsalo İnasio və Camal Musiala ilə müqavilə imzalamaq istəyir.
Əfsanəvi Joze Mourinyonun Madrid komandasının baş məşqçisi vəzifəsinə gətiriləcəyi, Alvaro Arbeloanın isə portuqaliyalı mütəxəssisin köməkçi vəzifəsinə keçəcəyi gözlənilir.