Estoniyanın Baş naziri işində süni intellektdən  istifadə edir
02 fevral 2026 05:26 (UTC +04:00)

Estoniyanın Baş naziri işində süni intellektdən istifadə edir

0

Estoniyanın Baş naziri Kristen Mixal bildirib ki, iş prosesində süni intellektdən istifadə edir.

Lent.az xəbər verir ki, Estoniya Baş nazirinin açıqlamasını ERR yayıb.

Buna baxmayaraq, hökümət başçısı tənqidi düşüncənin qorunmasının vacib olduğunu hesab edir.

Mixal qeyd edib ki, süni intellektdən “müxtəlif məqsədlər üçün” yararlanır. Onun sözlərinə görə, komanda üzvləri də işin daha səmərəli təşkili üçün süni intellektdən geniş istifadə edir.

“Vaxtaşırı mənim üçün maraqlı olan mətnlər, qəzet yazıları, mətbuat materialları üzrə icmallar hazırlatdırıram, müəyyən əlaqələrin tapılmasını xahiş edirəm. Süni intellektə konkret hadisələrin baş verməsini izləmək və bu barədə məlumat vermək tapşırığı da vermək mümkündür, o zaman müvafiq "siqnallar" yaradır. Təqdimatların hazırlanmasında da süni intellektdən istifadə edirəm. Əgər daha sadə təqdimata ehtiyacım varsa, onu hazırlayır və bundan yararlana bilirəm”, – deyə Estoniyanın Baş naziri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar